Bank Of Baku

İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb

İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb
# 16 avqust 2021 14:25 (UTC +04:00)

İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi deyib.

O bildirib ki, hər iki ölkəyə sərnişinlərin və zəvvarların gediş-gəlişi dayandırılıb.

Gömrük İdarəsinin sözçüsü deyib ki, koronavirus pandemiyası səbəbi ilə quru sərhədlərdən yalnız xüsusi vizası və icazəsi olan şəxslərin, o cümlədən tələbələr, tacirlər, diplomatlar və mühəndislərin gediş-gəlişinə icazə verilir. İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün sərhəd-keçid məntəqəsinə müraciət edəcək sərnişin və zəvvarlar geri qaytarılacaq.
 

R. Lətifi qeyd edib ki, İraqın Kürdistan əyaləti ilə sərhəd-keçid məntəqəsi olan Pərvizxan keçid-məntəqəsində bu gündən giriş-çıxış tamamilə qadağandır. Onun sözlərinə görə, Pərvizxan sərhəd-keçid məntəqəsindən qanunsuz Kürdistana və oradan da ziyarət üçün Kərbəlaya səfər edildiyindən, hələlik bu sərhəd buraxılış məntəqəsindən giriş-çıxış  qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR