Bank Of Baku

İran məktəblərində xarici dillər siyahısına Çin dilinin tədrisi də əlavə edilib

İran məktəblərində xarici dillər siyahısına Çin dilinin tədrisi də əlavə edilib
# 10 iyul 2023 19:33 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi məkəblərdə tədris oluna biləcək xarici dillər siyahısına Çin dilini əlavə edən qanunu təsdiqləyib.

APA xəbər verir ki, İran Təhsil Nazirliyinin yeni qərarına əsasən, İslam Respublikası tərəfindən təsdiq edilmiş yeddi dildən birinin tədrisi məcburi, dil seçimi isə istəyə bağlı olacaq.

İngilis və ərəb dilləri İran məktəblərində tədris olunan iki məcburi xarici dildir. Fransız, alman, italyan, rus , ispan və çin dilləri şagirdlərin seçimlərinə əsasən əlavə dil kimi tədris olunur.

Son illərdə bəzi dövlət rəsmiləri İranda ingilis dilinin əvəzinə rus, çin və alman dillərinin tədrisinə daha çox dəstək verilməsini təklif edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR