Bank Of Baku

İran parlamentinin spikeri Respublika günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib

Məhəmməd Baqir Qalibaf, İran parlamentinin spikeri

© APA | Məhəmməd Baqir Qalibaf, İran parlamentinin spikeri

# 30 may 2021 13:47 (UTC +04:00)

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf 28 May Respublika günü münasibətilə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M. B. Qalibaf təbrik mesajında iki ölkənin əlaqələrinin xüsusilə parlamentlərarası əlaqələrinin daha da inkişaf edəcəyinə  ümidvar olduğunu bildirib.

İran parlamentinin spikeri hər iki ölkənin parlamentlərinin müştərək səyi nəticəsində iki  ölkə arasında əlaqələrin öncəki illərdə olduğu kimi hər gün inkişaf edəcəyinə ümidini ifadə edib.

Sonda M. B. Qalibaf Allahdan dost  qardaş ölkə Azərbaycan xalqı və dövlətinə səadət  və inkişaf diləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR