İran prezidenti Seyid İbrahim Rəisi prezidentliyə sabiq namizəd, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandiri Möhsin Rzayi Qaidi özünə iqtisadi məsələlər üzrə müavin təyin edib.
APA-nın Tehran bürosunun məlumatına görə, M.Rzayi həm də hökumətin İqtisadi Qərargahının katibi vəzifəsinə təyin olunub.
M.Rzayi 16 il müddətinə SEPAH komandiri və daha sonra İranın Məsləhət Şurasının katibi vəzifələrində çalışıb.