İran vətəndaşlarının Sudandan çıxarılması üçün əməliyyata başlayıb.
APA-nın xəbərinə görə, bu barədə IRIB xəbər agentliyi İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələrinə istinadən xəbər verib.
Bildirilib ki, Sudandakı münaqişə ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi ilk gündən bu ölkədə yaşayan İran vətəndaşlarının ölkəni tərk etməsi üçün lazımi tədbirlər görüb.