İran və ABŞ arasında məhbusların mübadiləsinə dair müzakirələrdə inkişaf var.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib .
Xətibzadə deyib ki, Amerika tərəfi öhdəliyini yerinə yetirərsə, bu humanist addım baş tutacaq.
Onun sözlərinə görə, tərəflər hazırda məhbusların mübadiləsi üçün müzakirələrin nəticələnməsini gözləyir.