Bank Of Baku

İran və Fransa məhbus mübadiləsinə hazırlaşır

İran və Fransa məhbus mübadiləsinə hazırlaşır
# 21 oktyabr 2025 13:25 (UTC +04:00)

Fransada İsrail əleyhinə etiraz aksiyalarında iştirak etməsinə görə həbs olunan iranlı tələbə Məhdiyyə İsfəndiyari ölkəsinə təhvil veriləcək.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin konsulluq məsələləri üzrə rəsmisi “Tasnim”ə açıqlama verib.

Onun sözlərinə görə, İsfəndiyari Fransa tərəfindən İrana qaytarılacaq.

“Biz siyasi və konsul məsələləri ilə bağlı paket hazırlamışıq və hər iki ölkə (İran, Fransa) buna əməl etməlidir”, diplomat bildirib.

Qeyd edək ki, Sesil Kohler və Jak Paris adlı iki Fransa vətəndaşı 2022-ci ildən bəri İranda həbsdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR