İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kəni bu gün BƏƏ-yə səfər edib.
APA xəbər verir ki, bu barədə diplomat "Twitter"da paylaşım edib.
Bağeri ikitərəfli əməkdaşlığın genişləndirilməsi, mehriban qonşuluq siyasətinin inkişafı və regional məsələləri müzakirə etmək üçün BƏƏ-yə səfər etdiyini bildirib.
"İki həftə əvvəl BƏƏ-nin dövlət naziri Xəlifə Şahin Əl-Mərər İrana səfər edib və onunla ətraflı müzakirələr apardıq", - diplomat qeyd edib.