İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqları inkar edib.
“Tasnim”in xəbərinə görə, bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bildirib.
“Hazırda İran və Amerika arasında heç bir danışıq aparılmır. Amma bir məsələ aydındır: vasitəçilərdən aldığımız mesajlar onların maksimum və qeyri-məntiqi tələblərini göstərir. Buna görə də iranlılar bu mesajlara böyük şübhə ilə yanaşır. Hazırda nəyinsə bizi torpaqlarımızı və suverenliyimizi müdafiə etməkdən yayındırmaması üçün çalışırıq”, - Bəqayi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf ilə danışıqlar apardığını iddia edib.