İran XİN: AEBA-nın anti-İran qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək

İran XİN: AEBA-nın anti-İran qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək
# 12 iyun 2025 22:58 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrana qarşı qəbul etdiyi tənqidi məzmunlu qətnamə Tehranla Vaşinqton arasında nüvə danışıqlarını çətinləşdirə bilər.

APA "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

“Danışıqlar AEBA-nın qəbul etdiyi qətnamə ilə kölgələnəcək və bu, prosesi çətinləşdirəcək. Amma biz İranın nüvə sahəsindəki hüquq və nailiyyətlərini müdafiə etmək niyyətindəyik”, – iranlı diplomat bildirib.

Qeyd edək ki, bir müddət öncə AEBA-nın İdarə Heyəti İranın nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozduğunu iddia edən qətnaməni qəbul edib.

Rusiya, Çin və Burkina-Faso bu sənədin əleyhinə səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR