Bank Of Baku

İran XİN rəhbəri ölkəsinin husilərə yardım etdiyinə dair iddiaları təkzib edib

İran XİN rəhbəri ölkəsinin husilərə yardım etdiyinə dair iddiaları təkzib edib
# 17 yanvar 2024 12:27 (UTC +04:00)

Yəmənlilər İrandan əmr almırlar.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNBC telekanalına müsahibəsində deyib.

“Qırmızı dənizin təhlükəsizliyi İran üçün vacibdir. İran ABŞ-dən Qəzzada müharibəni dayandırmasını istəyir. Fələstin xalqını müdafiə edən Yəmən xalqı və digər region ölkələri öz maraqlarına uyğun hərəkət edir və bizdən əmr almırlar”.

Abdullahian İranın İraq və Suriyaya son raket hücumu ilə bağlı isə deyib ki, bu hücumlar terrorla mübarizə və qanuni müdafiəyə uyğun olub: “Bizim milli maraqlarımızın təmin olunması ilə bağlı heç bir ölkə ilə hansısa bir qeyd-şərtimiz yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR