İran Xarici İşlər Nazirliyi (XİN) nüvə proqramı ilə bağlı Vyana danışıqlarına fasilə verilməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, bu barədə İran XİN-in mətbuat katibi Səid Xətibzadə "Twitter"də bildirib.
"Vyana danışıqlarında fasilə hər hansı həll olunmamış problemin həlli və yekun sənəd üçün təkan ola bilər.
Danışıqların uğurla nəticələnməsi hamının əsas diqqət mərkəzində olacaq.
Heç bir xarici faktor bizim kollektiv sazişin əldə olunması istiqamətində irəliləmək üçün birgə iradəmizə təsir etməyəcək", o bildirib.
Xatırladaq ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici faktorlarla əlaqədar Vyana danışıqlarına fasilə verilməli olduğunu deyib.