Bank Of Baku

İranda 15 nəfərin öldüyü saxta spirtli içki istehsalına görə 1 nəfər saxlanılıb

İranda 15 nəfərin öldüyü saxta spirtli içki istehsalına görə 1 nəfər saxlanılıb
# 21 iyun 2023 12:39 (UTC +04:00)

İranda saxta spirtli içkilərin istehsalında əsas ittiham olunanlardan biri saxlanılıb.

APA xəbər verir ki, bu barədə Əlburz vilayətinin baş hakimi Hüseyn Fazli Harikandi bildirib.

Onun sözlərinə görə Eştehard sənaye şəhərindəki saxta spirt fabrikinin sahibi kosmetik məhsulların istehsalı üçün kvota alıb. "Əlavə araşdırmalar nəticəsində məlum oldu ki, spirtli içkilər Eştehard sənaye şəhərciyində kosmetika və sağlamlıq məhsullarının istehsalı üçün nəzərdə tutulan fabrikdə istehsal olunub".

Əlburz vilayətinin rəsmisi bildirib ki, qanun boşluqlarından sui-istifadə edən həmin şəxs qeyri-qanuni spirtli içki satışına başlayıb. O polis əməkdaşlarının 6400 litrdən artıq satışa hazır vəziyyətdə olan spirtli içkini aşkar edərək müsadirə etdiyini deyib.

Qeyd edək ki, indiyədək saxta spirtli içkidən 15 nəfər ölüb, 182 nəfər zəhərlənərək Kərəcdə müxtəlif xəstəxanalara yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR