İranda zəncirvarı yol qəzası baş verib, ölənlər var.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yasuc-Şiraz yolunda, polis bölməsinin yaxınlığında 25 avtomobil toqquşub.
Hadisə nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb.
Bildirilib ki, yaralıların sayı artmaqdadır.