Bank Of Baku

İranda impiçment olunan nazirin yerinə təyinat olub

İranda impiçment olunan nazirin yerinə təyinat olub
# 13 iyun 2023 11:14 (UTC +04:00)

Abbas Əliabadi İranın sənaye, mədən və ticarət naziri təyin edilib.

APA xəbər verir ki, İran İslam Şurası Məclisinin (parlament) bu gün keçirilən iclasında deputatlar Abbas Əliabadinin nazir vəzifəsinə təyin edilməsinə etimad göstəriblər.

Prezident İbrahim Rəisinin nazirlə bağlı sərəncam imzalaması gözlənilir.

Qeyd edək ki, sabiq nazir Seyid Reza Fatemi Əmin aprel ayında parlament tərəfindən impiçment olunmuşdu. O, vəzifəli şəxslərə və deputatlara bahalı avtomobillər hədiyyə etməkdə ittiham olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR