İranın gənclər və idman naziri Həmid Səccadi vəzifəsindən istefa verib.
APA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Səccadi vertolyot qəzası nəticəsində səhhətində yaranan problemlərə əsasən, istefa ərizəsini prezidentə təqdim edib.
Hazırda o, xəstəxanada müalicə olunur.