İranda səyyar səsvermə qutusunu dağlıq və kənd yerlərinə daşıyan avtomobil qəzaya uğrayıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Kürdüstan əyalətinin Divandərə bölgəsində baş verib.
Səyyar səsvermə qutusunu daşıyan avtomobil aşıb. Qəza nəticəsində seçki məntəqəsinin bir əməkdaşı ölüb, 6 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, bu gün İranda prezident seçkiləri keçirilir.