İran İnsan Haqları Təşkilatı İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvü İbrahim Məhəmmədinin qətlində ittiham olunan Hayman Mustafaeinin edam olunduğunu açıqlayıb.
APA xəbər verir ki, edam hökmü bu gün Sənəndəc həbsxanasında icra edilib.
Təşkilat Hayman Mustafaeinin işgəncə altında dindirilərək SEPAH üzvünün qətlini qəbul etməyə məcbur edildiyini açıqlayıb.