Bank Of Baku

İranda “sükut günü”dür

İranda “sükut günü”dür
# 17 iyun 2021 11:03 (UTC +04:00)

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat kampaniyası bu gün səhər saat 07:00-da başa çatıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İranda “sükut günü”dür.  

Sabah xalq öz seçimini edərək növbəti 4 il üçün İranın yeni prezidentini seçəcək. 

İranda prezident postu uğrunda 4 nəfər - İranın Məhkəmə Sisteminin sədri Seyid İbrahim Rəisi,  Mərkəzi Bankın sədri Nasir Himməti, Məsləhət Şurasının katibi, SEPAH-ın sabiq komandiri Möhsin Rzayi və sabiq deputat Seyid Əmir Hüseyn Qazizadə Haşimi mübarizə aparacaq. 

Yerli mətbuat əsas mübarizənin İ. Rəisi ilə N. Himməti arasında gedəcəyini bildirir.

Sabah səsvermə saat 08:00-dan başlayaraq 00:00-dək davam edəcək.  

İran Daxili İşlər Nazirliyi seçkilərin nəticələrinin şənbə günü səhərədək açıqlanacağını bildirib. İranda seçkilərdə 60 milyona yaxın insanın səsvermə hüququ var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR