Bank Of Baku

İranda zavodda partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

İranda zavodda partlayış

© APA | İranda zavodda partlayış

# 26 may 2021 13:53 (UTC +04:00)

İranda neft-kimya zavodunda baş vermiş partlayışda bir nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış oksigen nəql olunan boru kəmərində baş verib.

Məlumata görə, partlayışdan sonra baş vermiş yanğın artıq söndürülüb.

Yaralılar xəstəxanaya çatdırılıb.

***

saat 12:50

İranın Fars körfəzi bölgəsində yerləşən Əsaluyə neft-kimya zavodunda partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayışdan sonra bölgədə güclü yanğının baş verdiyi bildirilir.

Hələlik partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR