İranda içərisində pakistanlı zəvvarların olduğu avtobus aşıb.
APA-nın İSNA-ya istinadən xəbərinə görə, İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 28 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.
Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Hadisənin səbəbi araşdırılır.