İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb - YENİLƏNİB

İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb  - YENİLƏNİB
# 19 aprel 2024 09:00 (UTC +04:00)

İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Aviasiya Təşkilatının sözçüsü bildirib.

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarına uçuşlar üzrə tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.

Məhdudiyyətlərin digər hava limanlarında da aradan qaldırıldığı qeyd edilib.

***
07:40

Tehran, İsfahan, Şiraz və digər bölgələrdə uçuşlar dayandırılıb.

APA xəbər verir ki, Tehran, İsfahan, Şiraz və İranın qərb, şimal-qərb və cənub-qərb bölgələrinə bütün uçuşlar dayandırılıb.

Bundan əvvəl İsfahan əyalətində partlayış barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR