İranın "Buşəhr" Atom Elektrik Stansiyasına elektrik enerjisinin verilişi dayandırılıb.
APA-nln Tehran bürosunun məlumatına görə, elektrik enerjisinin verilişinin dayandırılmasına bu stansiyada baş vermiş qəza səbəb olub.
Fasilənin 3-4 gün davam edəcəyi bildirilir.
AES-in fəaliyyətinin hansı qəza səbəbindən dayanması barədə məlumat verilmir.