İranın Qərbi Azərbaycan vilayətinin Nəğde şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.
APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb .
Hadisənin bazarda baş verdiyi bildirilir.
Yanğının başvermə səbəbi müəyyən edilməyib.
Yanğınsöndürənlərin və xilasedicilərin səylərinə baxmayaraq, hələ də hadisənin qarşısını almaq mümkün olmayıb.
Ölən və yaralılar barədə məlumat yoxdur.