İranın səhiyyə naziri Səid Nəməki Rusiya ilə uçuşların dayandırılmasını istəyib.
APA-nın Tehran bürosunun məlumatına görə, S.Nəməki ölkənin Koronavirusla mübarizə qərargahına ünvanladığı məktubda Rusiya ilə uçuşların dayandırılmasını zəruri hesab edib:
"Rusiyada koronavirusun geniş yayılmasını nəzərə alaraq Moskva və əks istiqamətdə olan uçuşların dayandırılması zəruridir. Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir".