Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, səfər Rafael Qrossinin təşəbbüsü ilə baş tutacaq.
Səfər çərçivəsində İran və BAEA arasında mövcud olan fikir ayrılıqlarının həlli üçün müştərək yol xəritəsinin hazırlanması gözlənilir.