Bank Of Baku

İranla gərginliyə görə Pakistanın Baş naziri və XİN rəhbəri təcili ölkəyə qayıdıb

İranla gərginliyə görə Pakistanın Baş naziri və XİN rəhbəri təcili ölkəyə qayıdıb
# 18 yanvar 2024 10:51 (UTC +04:00)

Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıdır.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat brifinqində məlumat verib.

Onun sözlərinə görə, İranla yaranmış gərginliyə görə Baş nazir Davos səfərini yarımçıq qoymaq qərarına gəlib.

XİN sözçüsü əlavə edib ki, Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirilən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR