İran xarici işlər nazirinin müavini Əli Bağeri Kəni Aİ-nin xarici fəaliyyət xidmətinin baş katibinin müavini Enrike Mora ilə sanksiyaların ləğvini müzakirə edib.
APA xəbər verir ki, bu barədə iranlı diplomat "Twitter"da paylaşım edib.
“Dohada Enrike Mora ilə ciddi və konstruktiv görüş keçirdim. Biz bir sıra məsələlər, o cümlədən sanksiyaların ləğvi ilə bağlı danışıqları müzakirə etdik və fikir mübadiləsi apardıq”, - o qeyd edib.