İraq İslam Əməkdaşlıq Təşkilatını (İƏT) Bağdadda yüksək səviyyəli fövqəladə iclas keçirməyə çağırıb.
APA xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirilib.
“İraq İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinə rəsmi sorğu göndərərək, İraq hökumətinin Bağdadda Qurani-Kərimin bir nüsxəsinin İsveçdə təhqir edilməsi və yandırılması məsələsini müzakirə etmək üçün yüksək səviyyəli fövqəladə iclas keçirmək istəyini təsdiqləyib”, - İraq Xarici İşlər Nazirliyinin sözçüsü Dr. Əhməd Əl-Sahhaf bildirib.