İraqın şimalında İŞİD terror qruplaşmasının hücumu nəticəsində azı 7 polis əməkdaşı ölüb.
APA xəbər verir ki, bu barədə “Shafaq” nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, terrorçular Kərkük vilayətində polis əməkdaşlarına hücum ediblər. Mənbə bildirib ki, ölən 7 polis əməkdaşından başqa daha bir neçə nəfər yaralanıb.