Bank Of Baku

İraqlı qruplaşma ABŞ-ın hərbi bazasına hücuma görə məsuliyyəti üzərinə götürüb

İraqlı qruplaşma ABŞ-ın hərbi bazasına hücuma görə məsuliyyəti üzərinə götürüb
# 29 yanvar 2024 10:45 (UTC +04:00)

"İraqın İslam Müqaviməti" adlı hərəkatı ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə “The Washington Post” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin adının çəkilməsini istəməyən həmsöhbəti bildirib ki, bir neçə qrupu birləşdirən hərəkat hücuma görə məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücum zamanı 3 amerikalı hərbçi ölüb, 30-dan çoxu yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR