Bank Of Baku

İsrail Baş naziri Türkiyəyə səfərini təxirə salıb

Binyamin Netanyahu, İsrail Baş naziri

© APA | Binyamin Netanyahu, İsrail Baş naziri

# 23 iyul 2023 12:27 (UTC +04:00)

İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.

APA-nın xəbərinə görə, bu barədə "Kan" radiosu məlumat yayıb.

Buna səbəb Binyamin Netenyahunun bu gün əməliyyat olunmasıdır.

Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR