Qəzza müharibəsində həyatını itirən fələstinlilərin meyitləri İsrail tərəfindən təhvil verilib.
APA xəbər verir ki, bu barədə Qəzzada səhiyyə rəsmiləri “Reuters”ə məlumat veriblər.
Onların sözlərinə görə, meyitlərin bir hissəsi Qəzzaya gətirilib.
Meyitlərin sayı barədə məlumat verilməyib.
Buna baxmayaraq, hələ də İsrailin əlində yüzlərlə fələstinlinin meyitinin olduğu bildirilir.