İsrail hərbçiləri Qəzza zolağında gedən döyüşlər zamanı 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən oğurlanmış bir neçə girovun cəsədinin tapıldığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Ordusu “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunur ki, İsrail hərbçiləri hazırda ərazidə fəaliyyət göstərir və cəsədlərin çıxarılması və şəxsiyyətinin müəyyən edilməsi prosesini həyata keçirir.