Bank Of Baku

İsrail KİV: Xamenei və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil

İran Prezidenti Məsud Pezeşkian, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei

© APA | İran Prezidenti Məsud Pezeşkian, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei

# 28 fevral 2026 14:29 (UTC +04:00)

İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alınıb.

APA xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “The Times of Israel”ə danışıb.

Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub.

Lakin hələlik hücumların nəticələri bilinmir.

Qeyd edək ki, bundan əvvəl İran mediası Pezeşkianın öldürülməsi ilə bağlı iddiaları təkzib edib. “Reuters” isə Xameneinin Tehranda olmadığını və daha təhlükəsiz yerə köçürüldüyünə dair məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR