İsrail müdafiə naziri Yoav Qallant HAMAS lideri Yəhya Sinvarın ölümünə dair xəbərlərin fonunda “İsrailin düşmənlərinin məhv ediləcəyi” vədini verib.
APA xəbər verir ki, o, bununla bağlı “X” platformasında paylaşım edib.
“Düşmənlərimiz bizdən gizlənə bilməz, biz onları izləyib məhv edəcəyik”,- Qallant bildirib.
İsrailin müdafiə naziri eyni zamanda, Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullah və HAMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deifin fotolarını paylaşıb.