İsrail ordusu İordan çayının qərb sahilində HAMAS komandirini zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə “The Times Of İsrael” məlumat yayıb.
Bildirilib ki, HAMAS-ın Cenin şəhərindəki şəbəkəsinin komandiri kimi tanınan Vassem Hazem içərisində silah-sursat və külli miqdarda nağd pulun olduğu avtomobildə zərərsizləşdirib.
Məlumata görə, HAMAS-ın daha iki silahlısı avtomobildən qaçmağa çalışarkən dronla zərərsizləşdiriliblər.