Bank Of Baku

İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib

İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib
# 25 dekabr 2023 10:01 (UTC +04:00)

İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) məlumat yayıb.

Bununla da İsrail ordusunun Qəzza zolağında HAMAS-a qarşı yerüstü əməliyyatlar zamanı itirdiyi hərbçilərin ümumi sayı 156-ya çatıb. Qəzza zolağında İsrail-HAMAS arasında 7 oktyabrdan etibarən döyüşlərin gərginləşməsi nəticəsində ölən israilli hərbçilərin ümumi sayı isə 489 nəfərə çatıb.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 80-ci gündür ki, davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR