Türkiyədə səfərdə olan İsrail Prezidenti İsaak Herzoq İstanbulda yəhudi icması ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə İsrail Prezidentinin "Facebook" hesabında məlumat verilib.
"Bu gün İstanbulda Neve Şalom Sinaqoquna Tövrat üzərində xeyir-dua oxumaq və Türk Yəhudi icması ilə görüşmək üçün getdim. Bütün yəhudilər qarşılıqlı məsuliyyət və ortaq tale bağları ilə bir-birinə bağlıdır və buradakı icma bunun gözəl nümunəsidir", - Prezident Herzoq bildirib.