İsrail Prezidenti İsaak Herzoq koalisiyanı və müxalifəti məhkəmə islahatı qanunvericiliyi və qanun layihəsi ilə bağlı konsensusa gəlməyə çağırıb.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, Prezident Herzoq partiyaları məsuliyyətli davranmağa çağırıb.
"Biz milli fövqəladə vəziyyətdəyik. Məsuliyyətli olmaq vaxtıdır. Biz həll yolu tapmaq üçün gecə-gündüz işləyirik. Konsensus üçün mümkün baza var, lakin hələ də tərəflərin məsuliyyət nümayiş etdirməsini tələb edən boşluqlar var", - Prezident bildirib.
O deyib k, İsrail vətəndaşları məsuliyyət və liderlik gözləyirlər. "Bu həlledici zamanda mən seçilmiş rəsmiləri cəsarətlə hərəkət etməyə və konsensusa nail olmaq üçün əllərini bir-birinə uzatmağa çağırıram", o əlavə edib.