Bank Of Baku

İsrail Prezidenti Türkiyəyə gəlib - YENİLƏNİB

İsrail Prezidenti Türkiyəyə gəlib - YENİLƏNİB
# 09 mart 2022 16:30 (UTC +04:00)

İsrail Prezidenti İsaak Herzoq Türkiyəyə gəlib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, onun təyyarəsi Ankarada hava limanına enib.

***

13:52

İsrail Prezidenti İsaak Herzoq Türkiyəyə yola düşüb.

APA-nın xəbərinə görə, səfərdə Prezidenti xanımı da müşayiət edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər iki gün davam edəcək.

İsrail Prezidentinin Ankara və İstanbula səfəri, Türkiyə prezidenti, eləcə də türk yəhudi icmasının nümayəndələri ilə görüşü gözlənilir.

Qeyd edək ki, Prezident İsaak Herzoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail lideri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR