Bank Of Baku

İsrail Qəzzadakı döyüşlərdə daha 21 hərbçisini itirib

İsrail Qəzzadakı döyüşlərdə daha 21 hərbçisini itirib
# 23 yanvar 2024 12:39 (UTC +04:00)

İsrail Qəzzanın cənubunda gedən döyüşlərdə 21 əsgərini itirib.

APA CNN-ə istinadən xəbər verir ki, faktı İsrail ordusu təsdiqləyib.

Məlumata görə, bu, İsrailin Qəzza zolağında gedən döyüşlərdə bir dəfəyə ən böyük hərbçi itkisidir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari televiziyada çıxışında bildirib ki, hərbçilər iki ikimərtəbəli binada baş verən partlayışdan sonra dağıntıların altında qalıblar.

"Bina ehtimal ki, oranı və ətrafdakı infrastrukturu uçurmaq üçün bizim qüvvələrimizin yerləşdirdiyi minaya görə partlayıb", - Daniel Haqari bildirib. O, əlavə olaraq İsrail qüvvələrini qoruyan tankın vurulduğunu, nəticədə iki əsgərin həlak olduğunu qeyd edib.

Bu itkilərlə İsrailin Qəzzada öldürülən əsgərlərin sayının 219-a çatdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR