İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubunda yerləşən Uzay bölgəsinə raket zərbələri endirib.
APA xəbər verir ki, təyyarələrin raket zərbələri endirdiyi yerin İranın Beyrutdakı səfirliyinin yaxınlığında yerləşən bir ev olduğu bildirilir.
Aviazərbələr nəticəsində insan tələfatı olub-olmaması ilə bağlı hələ ki, heç bir məlumat verilmir.