Bank Of Baku

İsrail Səudiyyə Ərəbistanının normallaşma üçün Fələstin şərtini qəbul etmir

İsrailin maliyyə naziri Bezalel Smotriç

© APA | İsrailin maliyyə naziri Bezalel Smotriç

# 23 oktyabr 2025 15:08 (UTC +04:00)

Əgər Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün Fələstin dövlətinin qurulmasını tələb edirsə, İsrailə bu normallaşma lazım deyil.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib.

“Əgər Səudiyyə Ərəbistanı bizə Fələstin dövləti müqabilində normallaşma təklif edirsə - yox, çox sağ olun”, - Smotriç deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılmasının şərti kimi Fələstin dövlətinin qurulmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR