Bank Of Baku

İsrail xarici işlər naziri bu gün Azərbaycandan Türkmənistana gedir

İsrail xarici işlər naziri bu gün Azərbaycandan Türkmənistana gedir
# 19 aprel 2023 10:01 (UTC +04:00)

İsrail xarici işlər naziri Eli Kohen bu gün Türkmənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə İsrailin yerli mediası məlumat yayıb.

Bildirilib ki, İsrail xarici işlər nazir Eli Kohen bu gecə Azərbaycandan Türkmənistana səfər edəcək.

Səfər çərçivəsində İsrail XİN başçısı Eli Kohen Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən qəbul ediləcək, türkmənistanlı həmkarı Rəşid Meredovla görüşəcək.

Eyni zamanda, israilli nazir Türkmənistanın kənd təsərrüfatı naziri və yerli yəhudi icmasının üzvləri ilə də görüşəcək.

Səfər çərçivəsində İsrailin Türkmənistandakı səfirliyinin açılış mərasiminin də keçiriləcək.

Qeyd edək ki, Eli Kohen son 30 ildə Türkmənistana səfər edən ilk İsrail naziri olacaqdır. O zaman xarici işlər naziri olan Şimon Peres 1994-cü ildə Aşqabadda səfərdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR