Təl-Əviv yaxınlığında baş verən hücumda yaralanan 70 yaşlı qadın ölüb.
APA İsrail mediasına istinadən xəbər verir ki, yaralı sayı 17-yə çatıb.
Xatırladaq ki, İordan çayının qərb sahilindən olan fələstinli üç fərqli avtomobili oğurlayaraq bu avtomobilləri piyadaların üzərinə sürüb.
***
17:21
Təl-Əviv yaxınlığında baş verən hücumda ən azı 14 nəfər yaralanıb.
APA İsrail mediasına istinadən xəbər verir ki, şübhəli şəxs üç fərqli avtomobili oğurlayaraq bu avtomobilləri piyadaların üzərinə sürüb.
Polis hadisəni "şübhəli terror hücumu" kimi qiymətləndirib və hadisə ilə əlaqədar İordan çayının qərb sahilinin Hebron şəhərindən olan bir fələstinlinin həbs olunduğu bildirilib. Yerli mətbuatın məlumatına görə, eyni şəhərdən həmin şəxsin bir qohumu da həbs edilib.
İsrailin milli təcili yardım xidmətinin məlumatına görə, bu hücumda xəsarət alan 70 yaşlı qadının vəziyyəti ağır, 34 yaşlı kişi və 16 yaşlı oğlanın vəziyyəti orta ağırdır. Digərlərinin vəziyyəti orta qiymətləndirilir.