Bank Of Baku

İsraildə fələstinli 4 nəfəri bıçaqla öldürüb

İsraildə fələstinli 4 nəfəri bıçaqla öldürüb
# 23 mart 2022 00:35 (UTC +04:00)

İsraildə ticarət mərkəzində bıçaqla hucum olub.

APA TASS agentliyinə istinadən xəbər verir ki, bıçaqla silahlanmış fələstinlinin hücumu nəticəsində dörd israilli ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şəxs terrorçuluğa görə əvvəllər həbs edilib.

Hücum edən şəxs hadisə yerində zərərsizləşdirilib.

“The Times of Israel”in məlumatına görə, hücum edən şəxs yanacaqdoldurma məntəqəsində bir qadını bıçaqlayıb, sonra avtomobili vasitəsi ilə ərazidən uzaqlaşıb.

Daha sonra ticarət mərkəzinin yaxınlığında 3 nəfəri bıçaqlayıb. Bundan sonra bıçaqlı şəxs yoldan keçən bir nəfər tərəfindən odlu silahla öldürülüb.

İsrailin Baş naziri insidentlə bağlı hazırda daxili təhlükəsizlik naziri və baş polis müfəttişi ilə görüş keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR