Bank Of Baku

İsraildə güclü meşə yanğınları başlayıb - VİDEO - YENİLƏNİB

İsraildə güclü meşə yanğınları başlayıb - VİDEO  - YENİLƏNİB
# 30 aprel 2025 16:22 (UTC +04:00)

İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib.

“Yediot Ahronot”un məlumatına görə, yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.

***

15:56

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.

AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR