İsraildə müxalifət lideri koalisiyanın yaradılması barədə prezidenti məlumatlandırıb

İsraildə müxalifət lideri koalisiyanın yaradılması barədə prezidenti məlumatlandırıb
# 03 iyun 2021 05:37 (UTC +04:00)

İsrailin ən böyük müxalifət partiyası “Yeş Atid”in lideri Yair Lapid ölkə prezidenti Reuven Rivlinə hökumət koalisiyası qurduğunu bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

“Yeş Atid” partiyasının sədri Yair Lapid prezident Reuven Rivlinə hökumət qurulması işinin müvəffəqiyyətlə tamamlandığını çatdırıb”, - deyə partiyanın mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumat ölkə prezidentinin kabineti tərəfindən də təsdiqlənib.

“Yamina” partiyasının sədri Naftali Bennett baş nazir olacaq, “Yeş Atid”in sədri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki ildən sonra növbə dəyişikliyi olacaq və bundan sonra “Yeş Atid” partiyasının sədri Yair Lapid baş nazir vəzifəsini icra edəcək, “Yamina” pariyasının sədri Naftali Bennett isə alternativ baş nazir olacaq”, - məlumatda belə deyilir.

Məlumata görə, Lapid prezidentlə telefonda danışıb və hökumətin “Yeş Atid”, “Kahol-Lavan”, “Yamina”, “Avoda”, “Evimiz İsrail”, “Tikva Xadaşa”, “Meretz” və “RAAM” partiyaları tərəfindən də dəstəklənməsi barədə ona məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR