Bank Of Baku

İsrailin Baş naziri Netanyahuya kardiostimulyator taxılacaq

İsrailin Baş naziri Netanyahuya kardiostimulyator taxılacaq
# 23 iyul 2023 03:59 (UTC +04:00)

İsrail həkimləri Baş nazir Benyamin Netanyahu üçün ürək stimulyatoru quraşdıracaqlar.

APA-nın məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu özünün "Telegram" kanalında bildirib.

İsrailin baş naziri xatırladıb ki, bir həftə əvvəl ona ürəyin işinə nəzarət edən cihaz quraşdırılıb.

Netanyahunun sözlərinə görə, cihaz artıq bu gecə kardiostimulyatorun quraşdırılmasının zəruriliyini göstərir.

"Özümü əla hiss edirəm, amma həkimlərimi dinləməliyəm", - İsrailin baş naziri deyib.

Reuters-in məlumatına görə, Netanyahunun ofisi iyulun 23-nə keçən gecə hökumət başçısına "Tel Hashomer" xəstəxanasının Şeba mərkəzində kardiostimulyator implantasiya ediləcəyini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR